Bakıda “Mahal” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli binanın fasadı qopub. “Qaynarinfo”nun məlumatına görə, hadisə MTK-ya məxsus Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş verib.
Belə ki, dünən axşam binanın üzlüyü qoparaq avtomobillərin üzərinə düşüb. Xeyli sayda avtomobilin zərər gördüyü deyilir.