Əməkdar artist Aygün Hümmətova (Bəylər) ilə vida mərasimi keçirilib. Mərasim S.Bəhlulzadə adına Mədəniyyət Mərkəzində keçirilib. Sənət dostları A.Bəylərlə vidalaşmaq üçün buraya toplaşıblar. Manset.az-ın əldə etdiyi məlumata görə, mərhumun həbsdə olan qardaşı Abbas Hümmətova bacısının dəfn mərasimində iştirak üçün icazə verilməyib.
Penitensiar Xidmətdən sorğuya cavab olaraq bildirilib ki, A.Hümmətovun törətdiyi cinayətin ağırlıq dərəcəsi nəzərə alınaraq, adıçəkilən məhkumun bacısının dəfnində iştirakı imkan xaricindədir. Onun cəzaçəkmə müəssisəsinin hüdudlarından kənara buraxılması üçün əsaslar müəyyən edilməyib.