Milli Hidrometeorologiya Xidmətinin yanvarın 10-u saat 12:00-a olan məlumatına əsasən hazırda Bakıda və Abşeron yarımadasında sulu qar yağır.
Xidmətdən verilən məlumata görə, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Bərdə, Naftalan, İmişli, Qazıməmməd, Biləsuvar, Yardımlı, Lerik, Oğuz, Qusar, Quba, Sarıbaş, Şəki, Gədəbəy, Şamaxı, İsmayıllı, Ağdam, Xaltan, Qax, Sabirabad, İmişli, Cəfərxan, Qəbələ, Qobustan, Tərtər, Şirvan, Mingəçevirdə qar, Zaqatala, Balakən, Yevlax, Tovuz, Şəmkir, Göyçay, Ağstafa, Neftçala, Zərdab, Beyləqan, Lənkəran, Astara, Gəncə, İsmayıllı, Naxçıvan, Şahbuz, Ceyrançöl, Kürdəmirdə isə yağış yağır. Sumqayıt, Şərur, Daşkəsən, Şəki, Qax, Şamaxı, Qrızda duman müşahidə olunur.