Məzmuna keç
Pravda.az — xəbər portalı
Sosial

Hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ

794
Paylaş:
Hava şəraiti ilə bağlı     XƏBƏRDARLIQ

Qeyri-sabit hava şəraiti ilə əlaqədar moped sürücülərinə xəbərdarlıq edilib.

Bu barədə Baş Dövlət Yol Polis İdarəsindən (BDYPİ) məlumat verilib.

Qeyd olunub ki, hazırda ölkə ərazisində küləklə müşahidə olunan yağmurlu hava ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin ​ idarə edilməsində ciddi cətinliklər yaradır.

Fiziki meteoroloji amillərin, xüsusilə küləyin təsiri nəticəsində​ müvazinətin itirilməsi, eləcə də yol örtüyünün yaş olması ikitəkərli nəqliyyat vasitələrinin aşma və sürüşmə ehtimalını dəfələrlə artırır ki, bu da sürücü və digər hərəkət iştirakçıları üçün real təhlükədir.DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə, eləcə də sifarişli çatdırılma xidməti göstərən fiziki və hüquq şəxslərə müraciət edərək əlverişsiz hava şəraitində bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi, təhlükəsizlik qaydalarına ciddi yanaşmağı xahiş edir.

Paylaş:

Ən son xəbərlər