Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalanıb.
Pravda.az xəbər verir ki, sərəncamla “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamının 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsinin tərkibi aşağıdakı redaksiyada verilir:
“Təşkilat Komitəsinin sədri
Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri
Təşkilat Komitəsinin üzvləri:
Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən edilmiş Prezidenti
Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri
Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri
Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri
Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi
Fərəh Əliyeva – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri
Emin Əmrullayev – Azərbaycan Respublikasının elm və təhsil naziri
Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri
Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri
Teymur Musayev – Azərbaycan Respublikasının səhiyyə naziri
Rəşad Nəbiyev – Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat naziri
Arif Səmədov – Azərbaycan Respublikası Prezidentinin Protokol xidmətinin rəisi
Pərviz Şahbazov – Azərbaycan Respublikasının energetika naziri
Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri
Nigar Arpadarai – Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Şahin Bağırov – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri
Vüqar Əhmədov – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri