Cəmiyyətin müəyyən nümayəndələri var ki, onlar astrologiyaya önəm verir və bürclərə inanırlar. Hətta məsələ o yerə gəlib çatır ki, həmin adamlar ailə quracağı şəxsləri də bürclər əsasında müəyyənləşdirirlər. Bəs bu nə qədər realdır? Həqiqətənmi, evlənəcəyimiz şəxsin bürcünə diqqət etməliyik? Bu seçimin ailə həyatına təsiri varmı? “Yeni Sabah”a danışan astroloq Firudin Qurbanlı deyib ki, bir-birinə zidd bürclər ailə quran zaman narazlıqlar meydana gəlir:
“İnsanlar mütləq şəkildə ailə quracağı şəxsin bürcünü öyrənməlidir. Bürclərdə hər hansı natarazlıq olsa, ailədə problemlər baş qaldıracaq. Bu məlumatların heç biri uydurma deyil. Bu elmdir. Bürclər altında doğulan insanların ümumi psixologiyası mövcuddur. Əgər gələcək həyat yoldaşınızın sizin üçün düşərli bürcdürsə, o zaman həmin adamla ümumi dil tapmaq mümkündür. Yox, əgər deyilsə, nə etsən də, bu ailədə yöndəmsizlik olacaq”.