“Ələt azad iqtisadi zonasının inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 17 sentyabr tarixli 487 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı verib.
Pravda.az xəbər verir ki, Ələt azad iqtisadi zonası üzrə İşçi qrupunun tərkibi aşağıdakı redaksiyada verilib:
“İşçi qrupun rəhbəri
Azərbaycan Respublikasının iqtisadiyyat naziri
İşçi qrupun üzvləri:
Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini