Milli Şuranın videokonfrasında qalmaqala səbəb ola biləcək fikirlər səsləndirilib.
Pravda.az-ın xəbərinə görə, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli bildirib ki, axşam “Osmanqızı” internet televiziyasına müsahibə verəcək.
Koordinasiya Mərkəzinin üzvü Vidadi Mirkamal isə deyib ki, müsahibəni bir qədər tez vermək lazımdır: “Bu gün “Eşkiya dünyaya hökmdar olmaz” serialı veriləcək. Saat 21:00-da anonsu, 22:00-da serial başlayır. İnsanların 90 faizi ona baxır. Müsahibəni tezləşdirmək lazımdır...”
Ə.Kərimli “O nədir, nə dediniz?” deyə sual ünvanlayıb.
V.Mirkamal da bildirib ki, həmin serialı Türkiyə yayımlayır: “Bu serial müddətində müsahibə olarsa, baxış azalacaq”.