BURADA REKLAMINIZ OLA
BİLƏR

Röya BDU-nun Hüquq fakultəsinə necə qəbul olunmasından danışdı: “Bəzi məqamlar baş vermişdi” - VİDEO

Xalq artisti Röya Ayxan İctmai Televiziyada yayımlanan “3D” (Dadaşlinski Dadaş Dadaş oğlu) verilişində Bakı Dövlət Universitetinə necə qəbul olunmasından danışıb.

 

Pravda.az-ın xəbərinə görə, Röya verilişin şərti aparıcısı Dadaş Dadaşlinskinin “Siz Bakı Dövlət Universitetinin Hüquq fakultəsində yarımçıq təhsil almısınız...” sualına belə cavab verib: “Bəli, bu, anamın istəyi ilə oldu. Başa düşürdüm ki, onu çox davam etdirə bilmərəm. Ona görə də yarımçıq qaldı, çünki oxumaq lazımdır...Gedə bilmədim...”

 

D.Dadaşlinski növbətini sualını verib: “Axı universitetə daxil olmaq üçün oxumaq, imtahan vermək lazımdır. Siz isə hazırlaşmamısınız və oxumağı da planlaşdırmamısınız.. İmtahanı necə yazdınız, necə daxil oldunuz?”.

 

R.Ayxan deyib ki, bunlar uzun məsələlərdir: “Bizim kimi tələblər də var...Orada bəzi məqamlar baş vermişdi, amma lazımi imtahanlar da verilmişdi. Tam dərinliyə də getməyək”.

 

Aparıcı Röyadan “Lazım olan imtahan” və “lazım olmayan imtahan” ifadəsinə aydınlıq gətirməsini istəyib. Müğənni isə bu suala cavab verə bilməyib.

 

Xalq artisti D.Dadaşlinskinin “Kimin belə sevgilisi var...” replikasına da cavab verib: “Xeyr, bizim həyatımızda o şeylərə yer verilməyib, bunu hamı bilir. Sevginin işə, təhsilə heç bir aidiyyatı yoxdur, bunu hər kəs bilir, istəyirəm, sən də biləsən”.

 

Tarix: 3 Dekabr 2019, 09:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin