Mayın 18-də Dünya İqtisadi Forumunun Regional Fəaliyyət Qrupunun videokonfrans formatında ikinci iclası keçirilib. Yığıncaqda Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov, Forumun prezidenti Borge Brende, həmçinin 30-dan çox ölkədən yüksək səviyyəli şəxslər iştirak ediblər.
Nazirlikdən Pravda.az-a verilən məlumata görə, Regional Fəaliyyət Qrupunun məqsədi Dördüncü sənaye inqilabı, eləcə də dəyişən siyasi və iqtisadi mühitdə Avrasiya regionunun inkişafının istiqamətləndirilməsinə dəstək verilməsidir.