Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Deputat: “Qazaxıstan Prezidentinin ölkəmizə səfəri Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni inkişaf istiqamətlərini müəyyənləşdirir”

1 370
Paylaş:
Deputat: “Qazaxıstan Prezidentinin  ölkəmizə səfəri Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni inkişaf istiqamətlərini müəyyənləşdirir”

“Azərbaycan-Qazaxıstan arasında əməkdaşlıq münasibətləri  ikitərəfli formatla yanaşı, çoxtərəfli səviyyədə, xüsusilə, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində gündən-günə daha da inkişaf edir. Son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinə, region dövlətlərinin başçılarının isə Azərbaycana səfərləri müntəzəm xarakter alıb. Bu da təbii olaraq ölkələrarası əlaqələrin inkişafına, yeni əməkdaşlıq imkanlarının yaranmasına gətirib çıxarıb. Ələlxüsus, Azərbaycan və Qazaxıstan prezidentlərinin son illər qarşılıqlı yüksək səviyyəli səfərləri ikitərəfli münasibətlərə müsbət təsirini göstərir”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

“Hər iki ölkə TDT çərçivəsində əməkdaşlıq sahələrinin genişləndirilməsində və inkişaf etdirilməsində maraqlıdır. Dövlət başçılarının sıx münasibətləri ölkələrimiz arasında əlaqələrə mühüm töhfə verir, ikitərəfli əməkdaşlığın daha da güclənməsinə xidmət edir. Azərbaycan-Qazaxıstan əməkdaşlığında ticarət-iqtisadi əlaqələr xüsusi yer tutur. Həmçinin iki ölkə arasında neft və neft məhsullarının ticarəti sahəsində uğurlu əməkdaşlıq davam etdirilir. Ölkəmizdə səfəri baş tutan Prezident Kasım-Jomart Tokayev Azərbaycanın işğaldan azad edilmiş Füzuli şəhərində Qazaxıstan hökuməti tərəfindən tikilən  Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi ilə tanış oldu. Qazaxıstan Prezidentinin  ölkəmizə səfəri, keçirilən görüşlərdə əldə olunan razılaşmalar Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni inkişaf istiqamətlərini müəyyənləşdirir, dərin köklərə malik iki türk dövlətini bir-birinə daha çox bağlayır”, - deputat bildirib.

Paylaş:

Ən son xəbərlər