"Bankın müştəriləri arasında bir gündə 300-ə yaxın kartdan karta köçürmə (“card to card”) əməliyyatları aparan müştərilər aşkar etmişik. Bu isə sui-istifadə hallarıdır".
Bunu sözügedən əməliyyatların məhdudlaşdırılması ilə bağlı məsələyə aydınlıq gətirərkən “Azər Türk Bank”ın (ATB) idarə heyətinin sədr müavini Orxan Qədirbəyli deyib.
"Bu komplayns baxımından düzgün deyil. Çirkli pulların yuyulması baxımından əməliyyatların özü bank üçün aydın olmadığı üçün yoxlanılıb və anormal vəziyyətin yarandığı ortaya çıxıb. Hər birimiz kart istifadəçisiyik. Biz gün ərzində neçə köçürmə edə bilərik? 3-5 və ya 10 əməliyyat ola bilər. Əməliyyatların sayı bundan artıqdırsa normal görünmür".