Aparıcı Aytən Səfərova uşaqlıq illərindən danışarkən kövrəlib. Axşam.az xəbər verir ki, bu haqda verilişində söz açan aparıcı internat məktəbində böyüdüyünü deyib. Uşaqlığından danışan Aytən kövrəlib:
Aytən kövrəldi: “İnternatda böyümüşəm” - VİDEO
"Nənəm mağazada işləyirdi, bir kürkü var idi, hər axşam onu gözləyirim ki, cibindən konfet çıxacaq. Onu görəndə mənə bütün dünya xoş gəlirdi, sanki dünya verilirdi. Bir də gəlincik var idi, 3-4 ay o oyuncağı istədim. Yenə də atam, anam yox... İnternatda böyümüşəm. Müəyyən dövdə məni nənəm götürərdi. Mənim üçün onun cöhrəsi sevinc idi".