BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli Əlirzayev: “Adamlar var ki, nə vaxt YAP-ın hansı strukturuna seçildiyindən xəbərsizdir...”

YAP Siyasi Şurasının üzvü, sabiq təhsil naziri, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru Misir Mərdanov demokrat.az saytına geniş müsahibə verib. Həmin müsahibədə 5 rayonun icra başçısının həbsindən danışan keçmiş nazir təmsilçisi olduğu hakim partiya ilə bağlı ilginc fikirlər səsləndirib.

 

YAP-ın qurucularından biri, sabiq deputat, iqtisadi elmlər doktoru Əli Əlirzayev təəssüfləndiyini dilə gətirdi: “Elə adamlar YAP yaradılanda yox idilər. Partiyanın ağır günlərində heç biri quruma gəlməmişdi. Sonralar gəldilər, bundan istifadə etdilər və hazırda da vəzifə başındadırlar. 2000-ci illərdə YAP-a gələnlər indi yüksək vəzifələr tuturlar. 90-cı illərdə partiyanın arxası ilə gedənlər az idi. Mən daxil 10-15 nəfər üzdə idi. Demirəm ki, kimlərinsə səhvinə görə partiya məsuliyyət daşıyır. Hər təşkilatda səhv edənlər ola bilər. Vaxtilə YAP-ın ətrafında sağlam adamlar çox olub. Bir demokratiya da mövcud idi. Hər kəs öz sözünü deyirdi. Heydər Əliyev təkbaşına hakimiyyətə gəlməmişdi ki. 91 nəfərin müraciəti əsasında bu baş tutmuşdu. Partiya ondan sonra yarandı. Heydər Əliyev gördü ki, demokratik yolla hakimiyyətə gəlmək dövrüdür. Bunun da yolu partiyanın yaradılmasından geçirdi. Bizlər hər zaman partiyamıza sadiq qalmışıq, can-başla qulluq etmişik. Mən daxil bəzi şəxsləri YAP-ın rəhbərliyindən uzaqlaşdırmaq doğru deyildi. Partiya üçün əməyi keçənlər sırasında bəzilərinin çıxdaş edilməsi nə dərəcədə doğrudur? Nəticədə belə təsadüfi adamlar rəhbərliyə qədər gəlib çıxır. O partiyanı biz yaratmışıq, əziyyətimiz çox keçib. Bu baxımdan heç zaman ona qarşı əks gedə bilmərəm. Çünki doğrudan da orada sağlam adamlar olub, indi də az deyil. Etiraf edim ki, vəzifələrə gəlmək üçün partiyaya üz tutanlar da az olmayıb. Amma tənqid edilməli məqamlar varsa, bunu etməliyik. Bu partiya insanların rifahının, azadlığının, gələcəyinin partiyasıdır. Təəssüflər olsun ki, bu partiyanı zəbt edənlər də tapıldı. Onların əksəriyyəti zamanında başqa müxalif qurumlarda olublar. Sonradan YAP-çı oldular. Partiyada olub, sonralar nazir, icra başçıları təyin olunanlardan cinayətə yol verənlərin məsuliyyətini YAP-a yazmaq da bir qədər doğru deyil. Zamanında partiyamızda çox demokratik mühit mövcud idi. Arxivə baxın, orada mənim və digər şəxslərin çıxışlarını görəcəksiniz. Kifayət qədər sərt danışırdıq. Amma indi YAP-da bir qrup adamlar var ki, bunun qarşısını almaq üçün bütün imkanları səfərbər edirlər. Partiya daxilində insanların bir-birinə qarşı münasibətləri də çox yaxşı idi. Amma bəzi şəxslərin partiyaya soxulmaları bu münasibətləri xeyli zəiflətdi. İndi adamlar var ki, nə vaxt YAP-ın hansı strukturuna seçildiyindən xəbərsizdir. Kimin xarakteristikasını məndən soruşsalar deyərəm. Bu ölkədə hamını yaxşı tanıyıram. Bizim üçün vəzifə əsas olmayıb. Vaxtilə parlament seçkilərində təsəvvür edin ki, YAP siyahısında 20-ci adam olmuşam”.“Yeni Müsavat”

Tarix: 20 May 2020, 08:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin