Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Məşhur “Çayxana” kafesi bağlandı

1 354
Paylaş:
Məşhur “Çayxana” kafesi bağlandı

“Crocus City Hall”da terror aktında şübhəli bilinən Əlişir Kasımova məxsus olduğu iddia edilən Putilkovskoe şosesində yerləşən “Çayxana” kafesi fəaliyyətini dayandırıb. Bu barədə “RİA Novosti" məlumat yayıb.

Bildirilir ki, kafenin binasında gələcək iş qrafiki ilə bağlı heç bir mesaj yoxdur, qonşu hamam da işi dayandırıb. Qapısındakı elanda isə onun bu gün bağlı olduğu bildirilir.

Obyektin əməkdaşı agentliyə bildirib ki, müəssisə “Krokus”da törədilən terror aktı ilə əlaqədar fəaliyyətini dayandırıb: ““Çayxana” bağlanıb, bizə də dedilər ki, bağla”.

Kafenin işçiləri teleqram kanallarına bildiriblər ki, “Çayxana” ən azı 3 gün bağlı qalıb.

Qeyd edək ki, Əlişir Kasımov iki ay müddətinə həbs edilib. Rusiya vətəndaşı olan Kasımov 2014-cü ildə Qırğızıstan vətəndaşlığından imtina edib. O, üç otaqlı mənzil kirayə verirmiş və terror aktını törədənlərlə tanışlıq buradan başlayıb.

Musavat.com

Paylaş:

Ən son xəbərlər