“Aygün Bəylər oğlan kimi böyümüşdü. Ağır təbiətli, kişi xasiyyətli idi. Ailədə beş bacı, bir qardaş olmuşuq. O heç vaxt efirdə bacılarının adlarını çəkməyib, heç vaxt ailəmiz haqqında danışmayıb”. Pravda.az bizim.media-a istinadla xəbər verir ki, bu sözləri mərhum Əməkdar artistin bacısı Zümrüd Hümbətova “O üz” verilişində deyib.
Aparıcı Ülviyyə Xəlilbəyli bildirib: “Ölümündən sonra Aygün Bəylərin ailə söhbətləri daha çox müzakirə olundu. Onun həyat yoldaşı haqqında danışıldı. Hətta qızı Cahanın atasının yanına, Almaniyaya getməsi haqqında xəbərlər çıxdı”. Mərhumun bacısı belə cavab verib:
“Bunların hamısı reytinq xətrinə idi. Aygün sağ olsaydı, bu mövzular gündəm olmayacaqdı. Mənim onun həyat yoldaşının sosial şəbəkədə nə paylaşıb, nə paylaşmadığı haqda xəbərim yoxdur. Bacımın vəfatından sonra o bizlə danışmadı. Cahanın bibisi, əmisi oğlu zəng vurub başsağlığı vermişdilər və Aygünün 40 məclisindən sonra da əlaqə saxlamışdılar. Onlar Aygünün məzarı üstünə də ziyarətə gəlmişdilər. Onlar Almaniyada yaşayırlar. İki günlük Bakıya gəlmişdilər. Onlar pis insanlar deyillər”.