"İndi blogerlər alfons kişiləri saxlayırlar və bununla da öyünürlər. Bunlara isə mənim gülməyim gəlir".
Pravda.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri "Miss Azerbaijan 2019", model Səmra Hüseynova sosial şəbəkə hesabında paylaşdığı videoaçıqlamada deyib.
Səmra ad çəkməsə də iddia edib ki, bəzi blogerlər ərləri olsa belə pul hesabında alfons kişilərlə görüşürlər:
"Bloger xanımlar başqa kişinin aldığı evə alfons kişini soxur. Bunun da adını "ailə" qoyur. Nə deyim vallah? Bloger xanımın əri gedir başqasıyla gəzir, amma ona yenə də "ərimdir, ərim" deyir. Heç o "ərim" dir deyən kişi evə bir ədəd çörək belə almır.