Xarici ölkəyə casusluqda ittiham olunan politoloq Nəzakət Məmmədovanın haqqında həbs qətimkan tədbirinin müddəti növbəti dəfə uzadılıb. Pravda.az axar.az-a istinadla xəbər verir ki, bu barədə Səbail Rayon Məhkəməsinin spikeri Rəna Qafarova danışıb.
Martın 15-də istintaq orqanının təqdimatına baxılıb və onun barəsində həbs qətimkan tədbirinin müddəti Cinayət-Prosessual Məcəlləsinin 159.2 maddəsinə əsasən (xüsusilə ağır cinayətlər üzrə - red.) 5 ay uzadılıb.