"Valideynlərimlə yaşayıram. İki qardaşın bir bacısıyam. Qardaşlarım məndən böyükdürlər. Evimizə gəlib çəkiliş etmək istəyən bir çox verilişlər olub. Amma anam buna icazə verməyib. Deyir ki, evdə çəkiliş etmə. Elə düşünməyin ki, evimiz təmirsizdir. Sadəcə, anam istəmir ki, onu çəksinlər sonra da küçədə tanısınlar. Anam evdar xanımdır. Mən ona çox oxşayıram".
Pravda.az bizim.media-ya istinadən bildirir ki, bu sözləri müğənni Mina Hüseyn qonaq olduğu "Həmin Zaur" verilişində deyib.
Sənətçi bildirib ki, onun 8 yaşı olarkən valideynləri boşanıb və atası ilə münasibətlərini bərpa etmək niyyətində deyil:
"Atam anamdan ayrılıb. Mən uşaq olarkən onlar artıq boşanmışdılar. Səkkiz yaşıma kimi birlikdə yaşamışıq. Sonra isə ayrılıblar. Münasibətimiz yoxdur. O, ikinci dəfə ailə qurmayıb. İstəyərdim ki, atamla birlikdə olaq, amma şərtlər artıq o deyil. Qismət..."