Mərhum ilahiyyatçı Hacı Şahin Həsənlinin “Youtube” səhifəsi oğurlanıb.
Hacı Şahinin “Youtube” kanalı oğurlandı
Mərhumun “Facebook” səhifəsində məlumat paylaşılıb ki, Hacı Şahin Həsənlinin sosial şəbəkələrdəki rəsmi hesabları haker hücumlarına məruz qalır:
“Əziz dostlar! Artıq “Youtube” kanalımız hakerlər tərəfindən ələ keçirilib. Hazırda hücumların zərərsizləşdirilməsi istiqamətində işlər aparılır. Tezliklə ictimaiyyətə məlumat veriləcək”.