Azərbaycan Dövlət Pantomima Teatrının mənimsəmədə ittiham olunan kadrlar şöbəsinin sabiq müdiri Aytən Kərimovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili vəsatətlə çıxış edib. O, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışığa getmək istədiyini, ancaq ittiham aktında dəymiş ziyanın dəqiq göstərilmədiyini deyib. Bundan başqa, o, təqsirləndirilən şəxsin dəymiş ziyandan 27 min manatının ödənildiyi bildirib. Buna görə də məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsini istəyib.
Daha sonra dövlət ittihamçısı çıxış edib. O, təqsirləndirilən şəxsin 7 il azadlıqdan məhrum edilməsini və məhkəmə zalından həbsini istəyib.