Ötən gün Bakıda baş verən intiharla bağlı yeni faktlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 1972-ci il təvəllüdlü Habil Sulduz oğlu Abbasov Nərimanov rayonu, Aşıq Alı küçəsi, 2B saylı 12 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən evin yataq otağının pəncərəsindən özünü ataraq öldürüb.
Bakıda kişi yataq otağının pəncərəsindən özünü atdı
İlkin araşdırma zamanı müəyyən edilib ki, Habil Abbasov 30 ildən çox müddət əsəb xəstəliyindən əziyyət çəkib, bununla əlaqədar 2 nömrəli Klinik Psixiatrik Xəstəxanasında müalicə də olunub. Lakin müalicələr nəticə verməyib. Evdə heç kim olmayan vaxt o özünü binadan atıb.