Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında ölüyuyan (mürdəşir) Nazim bəy məşğul olduğu işin detallarından danışıb.
Onun sözlərinə görə, 25 ildə 3 000-dən çox ölü yuyub. Nazim bəy bildirib ki, ölüyuyan üçün tələb olunan əsas xüsusiyyətlər qorxmamaq və sirr saxlamağı bacarmaqdır:
“Ölü yuyanda çox şey görmək olar. Məsələn bir ölünün qadın olduğunu sonradan bilmişdim. Qadın olsa da, kişi kimi geyinib gəzirmiş. Niyə deyirlər ki, atanı övladı, yaxını yusun. Çünki bəlkə, onun bədənində elə qüsur var ki, onu övladından başqa heç kim görməməlidir”.