Türkiyədə küçəyə çıxma qadağası tətbiq edilib.

Pravda.az-ın xəbərinə görə, Türkiyənin 81 vilayətində bayram günlərində küçəyə çıxmaq qadağan olunub.

Bu gündən mayın 26-na qədər küçəyə çıxan şəxslər cərimələnəcək.

Qeyd edək ki, market, dükan, qəssabxana və səhər saat 10-dan axşam saat 5-dək açıq olacaq. Şirniyyat mağazaları, un məmulatları satan yerlər bu günlərdə bağlı qalacaq.

Ümumdünya Səhiyyə Təşkilatının bugünkü statistikasına görə, Türkiyədə 4000-dən çox insan koronavirusdan ölüb.Milli.az