Geopolitik maraqların toqquşduğu Liviya səhnəsində yeni hadisələrə şahidlik edirik. Bir müddət əvvəl rusların Suriyadakı “Hmeymim” hava bazasından havaya qalxan 8 qırıcı Liviyada qiyamçı Haftarın nəzarətində olan Tobruk Əl-Cufrada olan bazaya enib. Bununla da ruslar sanki "Hmeymim" bazası ilə Liviya arasında hava dəhlizi yaratmış olublar və beləcə qırıcılarını Haftarın Türkiyəyə qarşı durduğu sahəyə ötürüblər. Sözsüz ki, Moskvanın bu kimi davranışları Ankarada narahatlığa səbəb olur. Hazırda Liviyada qiyamçı Haftar küncə sıxışdırılmış durumadadır və ən son onu İsrail müdafiə etməkdən imtina edib. Haftarı hazırda Misir, Yunanıstan, Rusiya, Birləşmiş Ərəb Əmirliyi və Fransa kimi dövlətlər müdafiə edir. Haftarın yıxmaq istədiyi qanuni Sərrac hökumətini isə Türkiyə birmənalı dəstəkləyir. Böyük Britaniya və NATO da legitim hökumətə dəstək ifadə edir.
Pravda.az-ın xəbərinə görə, bəzi ekspertlər Liviyada Suriyada baş verənlərin təkrarlana biləcəyini iddia edirlər. Qeyd edək ki, Suriyada 2011-ci ildən başlanan qarşıdurma nəticəsində Əsəd rejimi yıxılmaq üzrə idi, amma 2015-ci ildə ruslar prosesə müdaxilə edərək, Suriyada müharibənin istiqamətini dəyişə bildilər. İndi yıxılmaq ərəfəsində olan Haftara Rusiyanın zəngin Liviyada durumu öz xeyrinə dəyişib-dəyişməyəcəyi, buna cəhd edib-etməyəcəyi maraq doğurur.
Politoloq Fikrət Sadıqov hesab edir ki, Liviyada vəziyyət hər an gərginləşə bilər. Onun fikrincə, Rusiyanın Yaxın Şərq regionu ilə bağlı xarici siyasət kursunun mahiyyətində təsir dairəsini genişləndirmək, ona loyal olan siyasi və hərbi qüvvələri dəstəkləmək niyyəti dayanır: