Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. Xezerxeber.az-ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür.
Şəhər sakinləri bildiriblər ki, son illər Xırdalanda əhalinin sayının dəfələrlə artması müəyyən problemlərə yol açıb. Buna görə də sakinlər digər ərazilərə köçməyə can atırlar.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev son vaxtlar Xırdalanda satışa çıxarılan evlərin artmasını bir neçə amillə əlaqələndirib.