Ramazan bayramı ilə əlaqədar olaraq elan olunan 8 qeyri-iş günündə insanlar yaxınlarını ziyarət etməyi, bayramı birlikdə keçirməyi arzu edirlər.
Ancaq TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev insanları bu cür addımlardan çəkinməyə və bayramı ailələri ilə keçirməyi tövsiyyə edir. Onun sözlərinə görə, qeyri-iş günlərində insanların bir-birini ziyarət etməkdən çəkinməsi virusun yayılmaması üçün vacibdir.
Pravda.az-ın xəbərinə görə, Vasif Əliyev qeyri-iş günlərində gigiyena qaydalarına ciddi əməl edilməsini, insanların sıx toplaşdığı yerlərdə maska taxılmasını və sosial məsafəyə diqqət olunmasını tövsiyə edir.