Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib. Bakupost.az -ın məlumatına görə, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib.
Aydın olub ki, gömrükçülər Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabdeh olduğu ərazidə yoxlanaraq, onlardan külli miqdarda “RedBull” və bu kimi məhsullar boşaldılıb. Daha sonra sənədlər dəyişdirilərək, yük maşınları boş yola salınırmış.
Həmçinin, yoxlama zamanı Gömrük İdarəsində digər qanun pozuntuları da ortaya çıxıb.
