Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə barəsində həbs qətimkan tədbiri seçilən "Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi"nin rəhbəri Anar Məmmədlinin çevrəsi tərəfindən adının çox hallandırılmaması və özünü arxa planda göstərməyə çalışmasına baxmayaraq onu "qrant maqnatı" adlandırmaq olar.
Pravda.az trendxeber.biz-ə istinadən bildirir ki, əldə olunan məlumata görə, Anar Məmmədli uzun müddət müxtəlif şəxslərlə əlbir olaraq qrant layihələri adı altında beynəlxalq donor təşkilatlarından maliyyə vəsaitləri alıb, həmin vəsaitləri əsasən Gürcüstanın "TBC" bankında öz adına açılmış hesablar vasitəsilə əldə edib və vəsaitlərin qanunsuz yollarla nağdlaşdırılaraq Azərbaycan Respublikasının ərazisinə gətirilməsi işinə rəhbərlik edib.
Bu məqsədlə o, əvvəlcə özü və yaxın ətrafı ilə birlikdə mərkəzi İsveçrədə yerləşən "Human Rights House Foundation" təşkilatına üzv olub, həmçinin digər xarici donor təşkilatlarla sıx əlaqələr qurub, ölkə daxilində ətrafında şəbəkə formalaşdırmaqla bəzi hallarda öz, bəzi hallarda isə şəbəkənin digər üzvlərinin adından çox saylı qrant layihələri hazırlayıb, müxtəlif şəxslər üçün formal əməkhaqqı, jurnalistlərə avadanlıq alışı və s. adlar altında maliyyə vəsaitləri cəlb edərək öz pulyuma mexanizmini formalaşdırıb.
Məlub olub ki, o, təkcə 2021-2024-cü illərdə Gürcüstanın "Human Rights House Tbilisi" təşkilatından 2.265 avro, Fransanın "Equal Rights İndependent Media" təşkilatından 4.570 avro, İsveçin "Swedish International Liberal Centre (SILC)" təşkilatından 12.625 ABŞ dolları, Norveçin "Norwegian Human Rights House Foundation" təşkilatından 24.850 avro, İsveçrədə yerləşən "Human Rights House Foundation" təşkilatından 27.020 avro, Belçikanın "International Partnership for Human Rights (IPHR)" təşkilatından 43.290 avro, ABŞ-ın "The National Endowment for Democracy (NED)" təşkilatından 53.770 avro, Çexiyanın "Prague Civil Society Centre" təşkilatından 59.850 avro, ABŞ-ın "The National Endowment for Democracy (NED)" təşkilatından 75.010 ABŞ dolları, ABŞ-ın "German Marshall Fund" təşkilatından 74.411 ABŞ dolları və 27.215 avro, habelə dəyəri 170.635 avro və 243.020 ABŞ dolları təşkil edən layihə sənədləri nəzərə alınmaqla ümumilikdə 1.441.200 AZN məbləğində qrant vəsaitləri əldə edib.
Anar Məmmədli bununla kifayətlənməyib, eyni zamanda müxtəlif şəxslərin beynəlxalq təlim və tədris proqramlarında iştirak etmələri, qrant layihələri ala bilməsi üçün tövsiyə məktubları hazırlayıb, digər şəxslər tərəfindən əldə olunan vəsaitlər də sonda onunla bölünüb.


