Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Şamaxının icra başçısı danışdı

1 741
Paylaş:
Şamaxının icra başçısı danışdı

Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov İH əməkdaşının koronavirusa yoluxması ilə bağlı açıqlama verib.

Pravda.az-ın xəbərinə görə, T.Məmmədov hazırda sosial izolyasiya rejimində işlədiklərini bildirib:

“Digər rayonlarda olduğu kimi, mütəmadi olaraq Şamaxıda da koronavirus epidemiyasının qarşısını almaq üçün tədbirlər görülür. O cümlədən, mütəmadi olaraq testlər verilir. Növbəti analiz zamanı əməkdaşlarımızın birində test müsbət çıxdı və bundan sonra digər əməkdaşlar, o cümlədən mən özüm də sosial izolyasiya rejimində işləyirik. Daha çox onlayn bağlantı vasitəsilə fəaliyyətimizi davam etdiririk”.AzTV

Paylaş:

Ən son xəbərlər