Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toy məclisinə qatılıb.
Pravda.az axşam.az-a istinadla xəbər verir ki, o, məclisdə Əməkdar artist Abbas Bağırovla səhnəyə çıxıb.
B.Dadaşova deyib: "Ədalət övladını yeni həyata yola salır. Nə xoşbəxtəm ki, ilk dəfə Peterburqdan gələndə onu öz verilişimə ilk mən dəvət etmişəm. Yanılmamışam, indi xalqın sevimlisinə çevrildi".