Azərbaycan Dillər Universitetinin (ADU) dosenti Fazil Əhmədov vəfat edib.
O, ötən gün 74 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Əhmədov Fazil Zaməddin oğlu 1950-ci ildə Qəbələ rayonunun Həmzəli kəndində anadan olub. O, 1968-1972-ci illərdə Azərbaycan Pedoqoji İnstitutunda təhsil alıb. Daha sonra Qəbələdə məktəb müəllimi işləyib. 1979-cu ildə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb. 1994-cü ildə ADU-nun Ümumi və Azərbaycan dilçiliyi kafedrasında, daha sonra Azərbaycan dilçiliyi kafedrasında müəllim işləyib. 2005-ci ildə Azərbaycan dilçiliyi kafedrası üzrə dosent elmi dərəcəsi adını alıb.