“Azərbaycan türklərlə hərbi təlimlər həyata keçirir, dağlarda döyüş üsulları tətbiq edir. Ermənistanın nəzarət zonası yaxınlığında təlimlər keçirən Azərbaycan bununla idarəetmə sistemi, hərbi hissələrin koordinasiya edilməsi, hücum və əsas zərbə istiqamətini müəyyənləşdirir”.
Pravda.az-ın xəbərinə görə, bu sözləri Ermənistan silahlı qüvvələrinin keçmiş komandanı, 1992-95-ci illərdə Ermənistan Baş Qərargah rəisi olmuş general-leytenant Norat Ter-Qriqoryants Ermənistan mediasına açıqlamasında deyib. Onun sözlərinə görə, təlim zamanı ordu praktik bacarıqlar əldə edir.
“Bu cür təlimlər zamanı düşmənlə toqquşmanın müxtəlif ssenariləri və hücum əməliyyatları hazırlanır. Lakin heç kim hərbi təlimlər keçirən Azərbaycan ordusunun qəfil hücum edə biləcəyini düşünmədi. Halbuki müharibədəki əsas şey düşməni aldatmaqdır. Bu, hərbi hiylədir. Və Azərbaycanın niyyətlərini gizlətmək üçün əməliyyat planı var”, - o deyib.