Dövlət başçıları Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxdılar.
Pravda.az-ın xəbərinə görə, bildirildi ki, işğal zamanı ermənilər həmin heykəlləri Ermənistana apararaq əritmək istəyiblər. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qaytarılıb.
Aydın Kərimov: Qıraqdakı iki heykəldən birincisi Azərbaycan klassik musiqisinin banisi, müsəlman Şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəylinindir. Sonuncu isə Polad Bülbüloğlunun atası, məşhur xanəndə Bülbülün heykəlidir. Ortadakı isə xan qızı Natəvandır. O, Qarabağ xanının sonuncu varisidir. Baxın, bu heykəllər 1992-ci ilədək burada – Mədəniyyət evinin qarşısındakı bağın yaxınlığında yerləşirdi.
Prezident İlham Əliyev: Mədəniyyət evi dağıdılıb.
Aydın Kərimov: Mədəniyyət evi yerlə-yeksan edilib, heykəllər isə vandalizmə məruz qalıb. Siz onların üzərində güllə yerlərini görə bilərsiniz. Onları gülləbaran ediblər.
Prezident Aleksandr Lukaşenko: Qoy, elə bu cür də qalsın.
Prezident İlham Əliyev: Bəli, məhz bu cür də qalır.
Prezident Aleksandr Lukaşenko: Qoy, hamı görsün.
Prezident İlham Əliyev: Bax, görürsünüz, mən bunları 2021-ci ilin yanvarında buraya gələndə gətirtmişəm. Onları əridilməyə göndərmişdilər, sonra isə Polad Bülbüloğlu heykəllərin əridilmək üçün ermənilər tərəfindən Gürcüstana göndərildiyini öyrəndi. Onda o atama müraciət etdi və biz onları satın aldıq, ölkəyə gətirtdik, şəhərin mərkəzindəki İncəsənət Muzeyinin həyətində yerləşdirdik, onlar demək olar ki, 30 il orada qaldı.
Prezident Aleksandr Lukaşenko: “5-45” avtomatıdır.
Aydın Kərimov: Daha sonra isə Polad Bülbüloğlu cənab Prezidentə müraciət etdi ki, onlar orada daha nə qədər qalacaqlar, gəlin onları Bakı şəhərindəki gözəl parklardan birinə qoyaq. Prezident bildirdi ki, qəti surətdə olmaz, biz onları Şuşadakı öz yerlərinə qaytaracağıq.
Prezident Aleksandr Lukaşenko: Düzdür.