BURADA REKLAMINIZ OLA
BİLƏR

Oqtay Əsədovun o adda qohumu yoxdur - TƏKZİB

“Milli Məclisin sədri Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var”.

 

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Milli Məclisin Mətbuat xidməti məlumat yayıb.

 

Qeyd olunub ki, son vaxtlar bir sıra Kütləvi İnformasiya Vasitələrində Milli Məclisin sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunub.

 

Belə ki, həmin yazılarda bildirilir ki, guya parlament sədrinin qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu “Araş Medical Company” MMC son 9 il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə edib. Bu satınalmaların əksəriyyəti Səhiyyə Nazirliyindən olub.

 

Parlamentin Mətbuat xidməti bəyan edir ki, Milli Məclis sədrinin “Araş Medical Company” MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur.

Tarix: 4 Dekabr 2019, 18:17   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin