Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda Astara Rayon İcra Hakimiyyəti başçısının Şahağacı kənd inzibati dairəsi üzrə nümayəndəliyində müşavirə keçirib.
Pravda.az FHN-ə istinadən xəbər verir ki, tədbirdə yerli icra hakimiyyəti, bələdiyyələr və sahilboyu iaşə obyektlərinin nümayəndələri iştirak ediblər.