Azərbaycan Texnologiya Universitetinin prorektor köməkçisi vəzifəsində çalışan Nübar Hacıyevanın qızıl-zinət əşyaları oğurlanıb. Publika.az-ın əldə etdiyi məlumata görə, Göygöl rayonunun Qırıxlı kəndində yaşayan N.Hacıyevanın evindən altı min manat dəyərində qızıl-zinət əşyaları müəmmalı şəkildə yoxa çıxıb. Hadisə barədə polisə müraciət edilib və faktla bağlı cinayət işi açılıb.
Azərbaycanda vəzifəli şəxsin altı min manatlıq qızılı oğurlandı
Araşdırmalarla oğurluq əməlinin evdə ayda bir dəfə təmizlik işləri görən 1966-cı il təvəllüdlü Sevda Məmmədova tərəfindən törədilməsi müəyyən edilib.
O, oğurladığı əşyaların iki min manatlıq hissəsini geri qaytarıb.