Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

“28 May” stansiyasında ölən kişinin kimliyi məlum olub - YENİLƏNDİ - 2

2 052
Paylaş:
“28 May” stansiyasında ölən kişinin kimliyi məlum olub -     YENİLƏNDİ - 2

Nəsimi rayon Prokurorluğu metronun “28 May” stansiyasında qeydə alınmış ölüm faktını araşdırır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

“İyunun 2-də 1957-ci il təvəllüdlü Şərafəddin Abdullayevin metronun “28 May” stansiyasında dəmir yolu xəttinin üzərinə düşərək ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır”, - prokurorluqdan bildirib.

Qeyd edək ki, bu gün saat 13:08-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə metronun "28 May" stansiyasından sərnişinin qatar yoluna düşməsi səbəbi ilə çağırış daxil olub. TƏBİB-dən verilən məlumata görə, dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 68 yaşlı şəxsin (kişi cinsli) həkiməqədər ölümü qeydə alınıb.

***

14:29

“Bakı Metrosunda qatarların hərəkəti bərpa olunub”.


Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.


O deyib ki, hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür:


“Hadisə zamanı stansiyaya daxil olan qatar xətdən çıxarılıb, “Nərimanov” elektrik deposuna göndərilib. Əvəzinə depodan qatar verilib. Sərnişin xarici görkəminə görə 65-70 yaş arasıdır. Kişidir”
 

***

13:29

"28 May" metrostansiyasında sərnişin stansiya yoluna düşüb.
 

Bu barədə Pravda.az-a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
 

Qeyd edilib ki, hadisə ilə əlaqədar xətlərdə yubanma var.

Paylaş:

Ən son xəbərlər