İyunun 12-də saat 08 radələrində İmişli rayonunda 2-ci Qarabağ müharibəsi iştirakçısı, 1992-ci il təvəllüdlü Həsənov Allahşükür Vaqif oğlu 99-MP-301 dövlət qeydiyyat nişanlı “VAZ-2107” markalı avtomobili etibarnamə olmadan və nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik etdiyi üçün DYP əməkdaşları tərəfindən saxlanılıb.
Pravda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, rayon ərazisində avtomobillə təhlükəli manevrlər edən sürücü özünü müharibə iştirakçısı kimi təqdim etməklə, avtomobili istədiyi kimi idarə edəcəyini əsas gətirərək qanunsuz hərəkətlərini davam etdirib.