Qaxda üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında xəsarət alanlardan üçü Türkiyə vətandaşıdı.
Qəza zamanı xəsarət alanlardan 1993-cü il təvəllüdlü Əfsanə Rəhim qızı Batmaz və onun iki övladı 2012-ci il təvəllüdlü Sera Tamer qızı Batmaz və 2021-ci il təvəllüdlü Karan Tamer oğlu Batmaz Türkiyə vətandaşlarıdır.
Qəza zamanı 6 nəfər xəsarət alıb.Onlara Qax Rayon Mərkəzi Xəstəxanasında (RMX) lazımi tibbi yardım göstərilib.