Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub - YENİLƏNDİ

1 153
Paylaş:
Bacısını qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutulub -   YENİLƏNDİ

İyulun 1-də Binəqədi rayonu ərazisində 2004-cü il təvəllüdlü Təhminə Qasımovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Pravda.az xəbər verir ki, bu barədə Binəqədi rayon prokurorluğu məlumat yayıb.

Araşdırmalarla 1997-ci il təvəllüdlü Təbriz Qasımovun rayonun Rəsulzadə qəsəbəsi ərazisində şəxsi münasibətlər zəminində bacısı Təhminə Qasımovanı boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Hadisədən sonra könüllü olaraq polisə təslim olan Təbriz Qasımov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

***

07:14

Bakıda 20 yaşlı qadın öldürülüb.

Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

Saat 06:45 radələrində Binəqədi rayonu ərazisində 2004-ci il təvəllüdlü Qasımova Təhminə İsmixan qızının boğulmadan ölməsi ilə bağlı polisə məlumat daxil olub.

Cinayət əməlini törətməkdə şübhəli bilininən qardaşı, 1997-ci il təvəllüdlü Qasımov Təbriz İsmixan oğlu saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:

Ən son xəbərlər