Bakıda yaşlı kişinin amansızcasına döyülməsinin təfərrüatı məlum olub.
Zərərçəkən Elmir Əlizadə bildirib ki, hadisə gecə saatlarında, futbol matçından sonra baş verib.
O, səslər eşidərək evdən çıxıb və qonşu həyətə keçib:
"Aprel ayının 27-də də həmin şəxslə eyni problemlər yaşadıq. Yaxınlaşıb dedim ki, "keçəndəfəki bəs etmədi, yenə səs salırsan?" Daha sonra başladılar mənə hücum etməyə. Qadının biri hamilə idi, "məni vurmusan", - deyə başladı qışqırmağa. Evə qalxmaq istəyəndə yolumu kəsib köynəyimi cırdılar və mənə hücum etdilər".
Qeyd edək ki, hadisə Nəsimi rayonu, Mövsüm Sənani, 106 ünvanında baş verib. 3-4 nəfər yaşlı kişi ilə mübahisə edib. Daha sonra onu amansızlıqla döyüblər.