Məşhur supermarketlər şəbəkəsi olan “Araz” Market müştəriləri aldadır.
Tribunainfo.az xəbər verir ki, bloger Ali Mammadov ət satılan yerdə öz telefonu ilə çəkiliş edərək, bunları deyib:
“Sümüklü ət 13.59 manatadır. Amma dananın antirkot hissəsini götürməyə icazə vermirlər. Halbuki o da sümüklü ətdir. Deyirəm o necə olur, deyir əti, yağı çox olur. Yaxşı bəs belədirsə bunu izahlı şəkildə vitrində yazın da. Bu qiymətə yazmısız, belə də verin. Niyə belə edirsiz?”