Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında yeni adlar var. Həmin şəxslərin kimliyi ilə bağlı araşdırmalar aparılır.
İlk araşdırmamız 59 saylı Quba Seçki Dairəsindən deputatlığa namizəd Məhərrəmzadə Əlibala Səttar oğludur.
Hazırda rayonda iş adamı kimi tanınan Əlibala Məhərrəmzadə Qubadakı “Şahdağ Turuskavets” Sanatoriyasının sahibidir.
Araşdırmamız zamanı onun iş adamı olmasına baxmayaraq, külli miqdarda borcunun olduğu da üzə çıxıb.