Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə bu gün və sabah ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacaq, bəzi çaylardan sel keçəcək.
Bu barədə Pravda.az-a məlumat verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova deyib ki, sel-daşqın hadisələrinin olması ehtimalı barədə hidrometeoroloqlar tərəfindən verilən xəbərdarlıqlar diqqətə alınmalı, daşqın yarana biləcəyinə görə, çay vadilərində və ona yaxın yerlərdə dayanmağın təhlükəsi nəzərə alınmalıdır: “Əfsus ki, insanlar bəzən sel hadisəsinin yaradacağı fəsadların fərqinə varmır, təhlükənin ciddiliyini nəzərə almır, ərazini tərk etmirlər. Axının hər an istiqamətini dəyişə biləcəyi və fəsadlar törədəcəyi daim diqqətimizdə olmalıdır”.