Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı ilə aralarında olan məhkəmə prosesindən narazıdır. Kərimova bildirib ki, məhkəmə düzgün qərar qəbul etmir. Axşam.az xəbər verir ki, müğənni videoaçıqlama yayaraq hakim Abbas Rzayevi məhkəmə prosesini uzatmaqda günahlandırıb:
"Başa düşmürəm nədən ehtiyat edir və uzadırsınız. Qanunu bilə-bilə, ona istinad etməkdən, günü günə uzadır: sabah olsun, o biri gün olsun. Nə vaxta kimi mən məhkəməyə ayaq döyəcəyəm? Ekspertizadan belə keçən sübuta niyə göz yumursunuz?Bunu nə ilə izah edirsiniz? Məni ayağa verəcəksiniz? Olmayacaq... Vətəndaşlıqdan belə imtina edərəm, şərəf ordeni taxan biri şərəfimi qoruya bilmirəm. Nə qədər tapşırıqla iş aparmaq olar. Öz ölkəsinə belə düşmənçilik olar?