Milli Məclisin deputatları Tahir Mirkişili və Rasim Musabəyov Avronest Parlament Assambleyasının VIII sessiyasında iştirak etmək üçün dekabrın 7-də Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcəklər.
Milli Məclisin Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, sessiyada və sessiya çərçivəsində keçiriləcək qurumun müvafiq komitələrində “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində təhsil sahəsində islahatlar: çağırışlar və imkanlar”, “Şərq Tərəfdaşlığı ölkələrində demokratiya, dövlət qurumlarının hesabatlılığı və səmərəliliyinin möhkəmləndirilməsində parlament nəzarəti bir vasitə kimi”, “Enerji sektorunda həmrəylik və yaxınlaşma – mütərəqqi normativ tənzimləmə bazasına doğru”, “Avropa İttifaqı və Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi artımı stimullaşdırmaq və səmərəliliyi artırmaq üçün rəqəmsallaşdırmanın asanlaşdırılması” mövzularında müzakirələr aparılacaq.