Xəbər verdiyimiz kimi, aparıcı Yelena Sidorenkonun bağ evi qarət olunub. Axşam.az-ın məlumatına görə, aparıcı oğurluq edilən evinin görüntülərini yayımlayıb. O bildirib ki, evi qarət edənlər işıq sayğacını sındırıb, kameraları söndürsələr də, ətrafdakı kameralda görüntülər var.
"Cinayət törədilən an ətrafda olan kameralara düşüb. Onların axtarışı davam edir. Əminəm ki, onlar tezliklə saxlanılacaq, mülkümüz isə bizə qaytarılacaq" deyə, yelena paylaşımında yazıb.