Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

Ağasif Şakiroğlu: "Mehriban Əliyeva müstəqil dövlətimizin inkişafına böyük töhfələr verən ictimai və siyasi xadimdir"

747
Paylaş:
Ağasif Şakiroğlu: "Mehriban Əliyeva müstəqil dövlətimizin inkişafına böyük töhfələr verən ictimai və siyasi xadimdir"

Mehriban xanım Əliyeva müstəqil dövlətimizin inkişafına böyük töhfələr verən ictimai və siyasi xadimdir. Mehriban xanım eyni zamanda, Prezident İlham Əliyevin ən yaxın silahdaşıdır...

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

"Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi, mədəni həyatında çox mü­hüm və əhəmiyyətli rol oynayır. Xanım Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipial insan olmaqla yanaşı, həm də böyük qəlbli xeyriyyəçidir. Bu gün bu böyük şəxsiyyətin yubileyidir. Bu əlamətdar gün münasibətilə Mehriban xanım Əliyevanı öz adımdan, eyni zamanda rəhbərlik etdiyim Gələcək Azərbaycan Partiyasının rəhbərliyi adından səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm can sağlığı, ailə səadəti və xoşbəxtlik diləyirəm. Doğum gününüz mübarək!" - , o qeyd edib.

Paylaş:

Ən son xəbərlər