Xalq artisti Zülfiyyə Xanbabayeva mədəkiçiltmə əməliyyatı ilə arıqlaması iddialarına cavab verib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə sosial şəbəkədə izləyicilərinin suallarını cavablandırarkən danışıb:
"Düz olmayan söhbətlər, şaiyələr də var idi. Şaiyələr o qədər böyümüşdü ki, öz yaxınlarım bilə-bilə ki, etdirməmişəm, şübhələnirdilər məndən. Bilirsiniz ki, qadınlar hamısı biri-birini tanıyır. Bakı balaca şəhərdir. Arıqlamağın bir yolu var, ağzını bağlayırsan, vəssəlam".